Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə təntənəli tədbir keçirilib

08 noyabr 2019 | 16:00

08 noyabr 2019-cu il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin, YAP Ucar rayon təşkilatının və Ucar rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə təntənəli tədbir keçirilmişdir.

Əvvəlcə rayon İcra Hakimiyyətinin, gənclərin, idmançıların və ümumtəhsil məktəblərinin, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin iştirakı ilə Şəhidlər Xiyabanındakı məzarlar ziyarət olunmuş, 20 Yanvar küçəsindən Heydər Əliyev prospekti boyunca iki kilometr məsafədə bayraq yürüşü keçirilmişdir.

Rayon məktəblilərinin iştirakı ilə keçirilən bədii proqram alqışlarla qarşılandı.

Keçidlər