Şriftin ölçüsü :

Saytın rəngi :

Asan könüllülərlə görüş keçirildi

06 dekabr 2019 | 16:00

Ucar rayon Heydər Əliyev Mərkəzində Asan könüllülərlə görüş keçirildi.

06 dekabr 2019-cu il tarixdə Ucar rayon Heydər Əliyev Mərkəzində Ucar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Asan könüllülərlə görüş keçirilmişdir.

Əvvəcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət etdilər.

Tədbiri Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur  Məmmədov açaraq qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda və Dövlət Başçısı cənab İlham Əliyevin 2019-cu il fevralın 1-də Azərbaycan gəncləri gününə həsr olunmuş respublika toplantısındakı çıxışında qarşıya qoyulmuş dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsinin icrası ilə ilkin işlərə başlanılmışdır. Ucar rayon gəncləri arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi barədə Sərəncamla könüllülərlə iş üzrə koordinator təyin olunmuş və Tədbirlər planı təsdiq edilmişdir.

Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatında fəaliyyət  göstərən asan könüllülər Fuad Səmədov, Leyla Əliyeva, Rəsul Tağızadə, Hüseyn Mövsümov, Nursəid Vəliyev, Rayon Təhsil şöbəsinin müdiri Fuad İsrəfilov, Qarabağ əliləri, şəhid ailələri və veteranlar İctimai Birliyi rayon təşkilatının sədri, Rəstəcə kənd tam orta məktəbin direktoru Rahib Rəsulov və YAP Ucar rayon Gənclər Birliyinin sədri Yusif Məmmədov çıxış edərək "Asan könüllülərin" müsbət fəaliyyət nümunəsi olduğunu və bunun cəmiyyət tərəfindən razılıqla qarşılandığını bildirdilər.

Tədbirin sonunda Asan könüllülərə sertifikat və xatirə hədiyyələri təqdim olundu.

Keçidlər