Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin Ucar rayonunda anım mərasimi keçirildi

12 dekabr 2019 | 16:00

12 dekabr 2019-cu il tarixdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə rayon mərkəzindəki Ulu Öndərin abidəsinin önündə anım mərasimi keçirilmişdir.

Mərasimdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatı, hüquq-mühafizə orqanları, rayonun bütün ümumtəhsil məktəblərinin kollektivləri və şagirdləri, idarə, müəssisə və təşkilatları, rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq ziyarət etmişlər.

Daha sonra Heydər Əliyev Mərkəzində şəhər 1 nömrəli məktəb-liseyin hazırladığı “Əbədiyyət dastanı” adlı tematik tədbir təqdim olundu. Əvvəcə Ulu Öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəblilər  müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın əvəzsiz lideri, dahi şəxsiyyət, ölkəmizin aydın sabahı naminə həyatını belə əsirgəməyən Heydər Əliyev haqqında şeirlər söylədilər.

Həmçinin, rayonun Qazıqumlaq və Çiyni kəndlərində yerləşən Ulu Öndərin abidəsinin önündə ərazidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərlərinin və kollektivlərinin, məktəblilərin, ictimaiyyətin nümayəndələrin iştirakı ilə anım mərasimi keçirilmişdir.

Həmin tarixdə rayon mərkəzində yerləşən  “Aran” sarayda Ulu Öndərin xatirəsi yad edilərək 300 nəfərə ehsan verilmişdir.

Keçidlər