Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində səyyarı qəbulu keçirilib

18 dekabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.

Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 18 dekabr 2019-cu il tarixdə RİHB-nın Pirkənd kənd inzibati ərazi dairəsi üzrə (Pirkənd, Küçəkənd və Qaracallı kəndlərini əhatə edən) nümayəndəliyində keçirilmişdir.

Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.

Səyyar qəbul-görüşdə çıxış edən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov  bildirib ki, bu günkü reallıqlar və faktlar sübut edir ki, cənab Prezident İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasətin bəhrəsi olaraq Azərbaycan, dünyanın davamlı olaraq inkişafda olan dövlətidir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı kimi ucarlılarda öz həyatında hiss edir. Əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, həyata keçirilən sosial yönümlü tədbirlər Azərbaycan Respublikasının bütün vətəndaşları kimi Ucar rayon sakinləri tərəfindən də çox böyük sevinc və minnətdarlıq hissi ilə qarşılanmışdır. Bu gün istər orta aylıq əmək haqqının yüksəldilməsi, digər sosial müavinətlərin artırılması, qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həlli istiqamətində atılan addımlar öz real nəticələrini verir və bu, vətəndaşlarımızın sosial rifahının daha da yüksəlməsinə xidmət göstərir.

Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.

Səyyar qəbulda 5 nəfərin 5 müraciəti dinlənilmişdir.

Kənd sakinlərinin 1 müraciəti Pirkənd kənd qəbiristanlığına gedən yola çınqıl daşı tökülərək hamarlanmasına, 1 müraciəti şirə kanalının 2,0 km hissəsinin qazılaraq lildən təmizlənməsinə, 1 müraciəti “Neftaşıran” adlanan ərazidə su arxının üzərində yerləşən körpünün təmir olunmasına, 1 müraciəti maddi yardım olunmasına və 1 müraciəti Suvarma suyu ilə təmin olunmasına köməklik olunması ilə bağlı olmuşdurlar.

Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər