Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Fərzəliyev Fərzalı Əli­mövsüm oğlu anadan olduğu Ucar rayonu, Alpı kəndində dəfn edildi

08 yanvar 2020 | 16:00

Fərzəliyev Fərzalı Əli­mövsüm oğlu 11 avqust 2000-ci ildən anadan olduğu Ucar rayonunun Alpı kəndində anadan olmuşdur. 2007-ci ilin sentyabr ayında Ucar rayonu A.Abdullayev adına Alpı kənd tam orta məktəbin I sinfinə getmiş, 2016-cı ildə həmin məktəbin ümumi orta təhsil səviyyəsini (IX sinfi) bitirmişdir.

Ailədə 2 qardaş və 1 bacı olmuşdular. Evin kiçik övladı idi, nişanlı idi.

Məktəbdə oxuduğu müddətdə nizam-intizamlı, etik davranışı ilə hər kəsdən seçilən vətənpərvər şagirdlərdən olmuşdur.

2018-ci ilin oktyabr ayında hərbi xidmətə yollanmışdır. Dövlət Sərhəd Xidmətinin müxtəlif hərbi hissələrində qulluq etmişdir.

07 yanvar 2020-ci il tarixdə saat 14:56 radələrində son xidmət yeri olan Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində xidməti vəzifəsini yerinə yetirərkən düşmən snayperindən açılan atəş nəticəsində sərhədçi əsgər Fərzəliyev Fərzalı Əli­mövsüm oğlu ŞƏHİD olmuşdur.

Şəhidimiz Fərzəliyev Fərzalı Əli­mövsüm oğlu anadan olduğu Ucar rayonu, Alpı kəndində 08 yanvar 2020-ci il tarixdə dəfn edilmişdir. 

Allah yerin behiştlik etsin, Amin!

Keçidlər