Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində səyyarı qəbulu keçirilib

15 yanvar 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.

Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 15 yanvar 2020-ci il tarixdə RİHB-nın Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilmişdir.

Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.

Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov həyata keçirilən geniş miqyaslı işlərdən, yanvar ayının 13-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə aparılan müzakirələrdən, qarşıya qoyulan  hədəflərdən danışmışdır. Rayonda aparılan tikinti quruculuq və abadlıq işləri, kənd təsərrüfatının inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat vermişdir.

Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.
Səyyar qəbulda 4 nəfərin 4 müraciəti dinlənilmişdir.

Kənd sakinlərinin 1 müraciəti Xələc kəndində telefon şəbəkəsinin qurulmasına və internetdən istifadə edilməsinə, 1 müraciəti su arxının qarşısı məcburu köçkün tərəfindən torpaqla düzlənmiş, suvarma suyundan istifadə edilməsinə, 1 müraciəti su arxının qazılaraq lildən təmizlənməsinə və 1 müraciəti Yaşayış üçün müvəqqəti sığınacaqla təmin edilməsinə köməklik olunması ilə bağlı olmuşdurlar.

Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər