Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda hərbi xidmətdən tərxis olunan gənclərlə görüş keçirilib

17 yanvar 2020 | 16:00

17 yanvar 2020-ci il tarixdə hərbi xidmətdən tərxis olunan gənclərlə görüş keçirilmişdir.

Tədbir iştirakçılarının bir qrupu əvvəlcə ümummmilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə tər çiçəklər qoydular.

Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq gənclərin cəmiyyətdəki rolu haqqında məlumat verdi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Asif Nemətov, Qarabağ əlilləri, şəhid ailələri və veteranları ictimai birliyi rayon təşkilatının sədri Rahib Rəsulov, rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, rayon Polis şöbəsinin rəisi Eldar Paşayev, YAP Ucar rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Məmmədov, rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Nuru Piriyev və rayonun Qaradağlı kənd sakini, hərbi xidmətdən tərxis olunmuş Yusif Bağıyev çıxış edərək Azərbaycan ordusunun gücündən, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağından, azərbaycanlı gənclərdəki vətənpərvərlik ruhundan danışaraq  gənclərin hərbi xidmətdən sonrakı fəaliyyətinin diqqətdə saxlanılması istiqamətində belə görüşlərin keçirilməsinin vacibliyini vurğuladılar.

Keçidlər