Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Əlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində səyyarı qəbulu keçirilib

29 yanvar 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.

Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 29 yanvar 2020-ci il tarixdə RİHB-nın Əlikənd kənd inzibati ərazi dairəsi üzrə (Əlikənd, Ramal və Şahlıq kəndlərini əhatə edən) nümayəndəliyində keçirilmişdir.

Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.

Səyyar qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov son illərdə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına yönəlmiş kompleks tədbirlərlə bağlı ətraflı çıxış edərək bildirib ki, ölkəmizdə hal-hazırda həlli vacib sayılan məsələlər sırasında regionların sosial-iqtisadi aspektdən inkişafının daha da artırılması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması və regionlarda produktiv məşğulluğa nail olunması mühüm yer tutur. İH başçısı çıxışında ölkəmizdə həyata keçirilən bütün tədbirlərin mərkəzində Azərbaycan vətəndaşının dayandığını və xalqımızın rifahının yüksəldilməsi istiqamətində görülən bütün işlərin və əldə olunan uğurların cənab Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olduğunu xüsusi vurğulamışdır.

Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.

Səyyar qəbulda 7 nəfərin 7 müraciəti dinlənilmişdir.

Kənd sakinlərinin 1 müraciəti transformatora  ayrıcı quraşdırılmasına, 1 müraciəti əkin sahəsinin suvarılmasına, 1 müraciəti müvəqqəti sığınacaq kimi ailəsinin yaşamasına ev, 1 müraciəti  1 müraciəti yaşadığı evə 2 aydır telefon xətti çəkdirmiş, internetdən istifadə edilməsinə 1 müraciəti su arxının üzərindən keçən su ötürücü borunun qazılaraq çıxarıb təmizlənməsi üçün texnika verilməsinə, 1 müraciəti həyat yoldaşının gözündə qüsur olması ilə bağlı dəfələrlə tibbi müayinədən keçmiş, əlillik dərəcəsinin alınmasına və 1 müraciəti qəzalı elektrik dayağının yenisi ilə əvəz edilməsinə köməklik olunması ilə bağlı olmuşdurlar.

Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər