Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “Gənclər günü” qeyd edildi

03 fevral 2020 | 16:00

03 fevral 2020-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “02 fevral–Gənclər günü” münasibətilə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoydular.

Tədbiri açan rayon Gənclər və İdman idarəsinin rəisi Əhliman İbrahimov qeyd etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Sərəncama əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Zaur Abdullayev, Rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilov, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Qarabağ əliləri, şəhid ailələri və veteranları İctimai Birliyi rayon təşkilatının sədri, Rəstəcə kənd tam orta məktəbin direktoru Rahib Rəsulov çıxışlarında qeyd etdilər ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirakı ilə fərqlənən bir qrup gənc rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif olundular.
Sonda gənclərlə xatirə şəkli çəkildi.

Keçidlər