Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində səyyarı qəbulu keçirilib

27 fevral 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.

Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü RİHB-nın Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilmişdir.

Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.

Səyyar qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxışında yola saldığımız 2019-cu ildə ölkəmizin uğurları davam edib, iqtisadi inkişafın dayanaqlığı təmin olunub, respublikamız bu dövrdə öz dinamik inkişafını qoruyub, xalqımız əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində yaşayıb. Prezident İlham Əliyevin təşəbbüsü və prinsipial mövqeyi sayəsində ölkəmizdə sənayeləşmə templəri yüksəlib, yüzlərlə müasir və yeni sənaye müəssisələri, istehsal sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib və nəticədə ölkəmizin strateji valyuta ehtiyatları artmışdır. Eyni zamanda ölkəmizdə sosial sahədə çox böyük təşəbbüslər irəli sürülmüş, şəhid ailələri böyük vəsaitlə təmin edilmiş, minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artıb.

Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.

Səyyar qəbulda  6 nəfərin 6 müraciəti dinlənilmişdir.

Kənd sakinlərinin 1 müraciəti yaşadığı evin həyətindən keçən qəzalı vəziyyətdə olan elektrik xətlərinin bərpasına, 1 müraciəti su qol arxının 2,0 km hissəsinin qazılaraq lildən təmizlənməsinə, 1 müraciəti Yuxarı Şilyan kənd tibb məntəqəsində texniki işçi işləyir, işinin ixtisara düşməsi ilə əlaqədar  köməklik olunmasına, 1 müraciəti pay torpaq sahəsi əkinə yararsız olduğu üçün bələdiyyəyə məxsus hərrac yolu ilə icarəyə 2,0 ha torpaq sahəsi verilməsinə, 1 müraciəti Yuxarı Şilyyan kənd EATS-na Azercell MMC-yə məxsus qüllə arasında 6 metrlik dəmir dayaqlarla 1,4 km uzunluğunda optik kabel xətti çəkilmiş, dayaqların dibi torpaqla bərkidilmiş, dayaqların əyilməsini nəzərə alaraq betonla bərkidilməsinə və 1 müraciəti Yaşadığı evin həyətindən keçən elektrik xətlərinin ətrafını yaşıl kütlədən təmizlənməsinə köməklik olunması ilə bağlı olmuşdurlar.

Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər