Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda dezinfeksiyaedici tədbirlər, insanlar arasında maarifləndirmə işləri aparılır və 65 yaşından yuxarı insanlara köməkliklər mütəmadi olaraq davam etdirilir

01 aprel 2020 | 16:00

01 aprel 2020-ci il tarixdə Ucar şəhəri, N.Nərimanov, R.Rza, Nizami, M.Ə.Rəsulzadə, Oğuz, 28 May, 20 Yanvar küçələri dezinfeksiya məhlulu ilə yuyulub, Heydər Əliyev prospekti, bina 87 və 135 №li yaşayış binaları, rayonun Qarabörk kəndində 1 ev, Bərgüşad kəndində 1 ev, Gəraybəyli kəndində 1 ev, Rayon Aqroservis filialının inzibati binası və ərazisi, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin yoluxucu şöbəsi və Ailə Sağlamlıq Mərkəzi dezinfeksiya edilmişdir.

01 aprel 2020-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin və RİHB-nın Boyat və Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları tərəfindən Boyat kənd sakinləri 1930-cu ildə anadan olmuş Teymurov Heydar Qoca oğlu və 1956-cı ildə anadan olmuş Gülməmmədova Fatma Alı qızı, Bərgüşad kənd sakini 1939-cu ildə anadan olmuş Sədullayeva Şahzadə Eyyub qızı yaşadıqları evdə ziyarət edilərək problemləri ilə maraqlanılmış, onlar pulsuz ərzaqla təmin edilmiş, tibbi ləvazimatlar verilmiş, xəstəlikdən qorunmaq üçün maarifləndirici söhbət aparılmış və mütəmadi əlaqə saxlanılması üçün əlaqə nömrələri götürülmüşdür.

Ümumiyyətlə, bütün rayon ərazisində  tənha və kimsəsizlərlə gündəlik görüşülərək problemləri ilə maraqlanılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və qeydiyyatda olan 110 nəfər tək və kimsəsizlə hər gün əlaqə saxlanılır, problemləri öyrənilir və ehtiyac olduğu təqdirdə dərhal müvafiq köməklik göstərilir.

Əlavə olaraq rayon şöbəsi tərəfindən hazırda yaşı 65-dən yuxarı olan 31 nəfər qeydiyyata alınıb, onlara da mütəmadi xidmət göstərilir.

Qeyd olunan bütün tənha və qoca şəxslərin evlərdə ərzaqla, tibbi ləvazimatla təminatı həyata keçirilir, maarifləndirici söhbətlər aparılır, yaranmış problemləri həll olunur.

#EvdəQal

 

Keçidlər