Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 65 yaşından yuxarı ahıl, tənha, aztəminatlı ailələrə yardımlar və dezinfeksiyaedici tədbirlər gündəlik olaraq davam etdirilir

21 aprel 2020 | 16:00

21 aprel 2020-ci il tarixdə rayonunun 29-cu məhəlləsində yerləşən məcburi köçkünlərin yaşayış kompleksində 6 çoxmərtəbəli binaların girişləri və pilləkənləri, həyəti və yardımçı  binaları, Heydər Əliyev prospektindəki 3 nömrəli döngədə fərdi yaşayış evlərinin ön giriş hissələri və həyətləri, rayondakı bankomatlar, avtomobil dayanacaqları, 1 yerüstü keçid Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya edilmiş, M.Ə.Rəsulzadə və 20 Yanvar küçələri dezinfeksiya məhlulu ilə yuyulmuşdur.

Rayonun kəndlərində 38 qeyri yaşayış binasında, 67 ticarət və xidmət obyektində dezinfeksiya işləri aparılmışdır.

21 aprel 2020-ci il tarixdə rayonda fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlar tərəfindən aztəminatlı 15 ailəyə ərzaq yardımı göstərilmişdir.

20 aprel 2020-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin və RİHB-nın Alpout kənd  inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən Alpout kənd sakinləri, 1944-cü ildə anadan olmuş, aztəminatlı Cəlilov Fazil Abul oğlu və 1942-ci ildə anadan olmuş, aztəminatlı Mikayılova Sürəyya Vəli qızı, 21 aprel 2020-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin və RİHB-nın Qaradağlı kənd  inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən Qaradağlı kənd sakinləri, 1951-ci ildə anadan olmuş, aztəminatlı Səmədova Həqiqət Əli  qızı və 1925-ci ildə anadan olmuş, tənha Quliyeva Suxarə Nəsib qızı yaşadıqları evdə ziyarət edilərək problemləri ilə maraqlanılmış, pulsuz ərzaqla təmin edilmiş, tibbi ləvazimatlar verilmiş, xəstəlikdən qorunmaq üçün maarifləndirici söhbət aparılmış və mütəmadi əlaqə saxlanılması üçün əlaqə nömrələri götürülmüşdür.

Aprel ayı üçün pensiyaların verilməsi ilə əlaqədar rayondakı bankomatların önündə sosial məsafə saxlanılması, gigiyenik qaydalara əməl olunması məqsədilə yaradılmış mobil qruplar və polis əməkdaşları tərəfindən müvafiq işlər aparılır, o cümlədən ərazi qırmızı lentlə əhatələnmiş, hər 2 metrdən bir işarələr çəkilmişdir.

Ümumiyyətlə, bütün rayon ərazisində tənha və kimsəsizlərlə gündəlik görüşülərək problemləri ilə maraqlanılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və qeydiyyatda olan 118 nəfər tək və kimsəsizlə hər gün əlaqə saxlanılır, problemləri öyrənilir və həftə ərzində hər birinə ən azı 4 saat xidmət göstərilir.

Əlavə olaraq rayon şöbəsi tərəfindən hazırda yaşı 65-dən yuxarı olan 39 nəfər qeydiyyata alınıb, onlara da mütəmadi xidmət göstərilir, o cümlədən bu gün 24 nəfərinə xidmət göstərilib.
Qeyd olunan bütün tənha və qoca şəxslərin evlərdə ərzaqla, tibbi ləvazimatla təminatı həyata keçirilir, maarifləndirici söhbətlər aparılır, yaranmış problemləri həll olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 02 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarının icrası ilə bağlı Ucar rayonu ərazisində zəruri tədbirlər həyata keçirilir.

Qərarın 1-ci bəndinə uyğun olaraq 05 aprel 2020-ci il saat 00:00-dan başlayaraq rayon ərazisində hərəkət məhdudiyyəti tətbiq edilmişdir.

Karantin qaydalarını pozan şəxsi nəqliyyat vasitələrinin sürücüləri və digər vətəndaşlar barədə rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər 3 nəfər inzibati qaydada cərimə olunmuşdur.

Hazırda rayon əhalisinin tam əksəriyyəti xüsusi karantin rejimininin tələblərinə əməl edirlər.

Keçidlər