Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda heyvanlar və quşlar arasında epizootiya əleyhinə profilaktik tədbirlər icra olunur

28 aprel 2020 | 16:00

Ucar  Rayon Baytarlıq İdarəsi karantin qaydalarına uyğun olaraq ara məsafəsini saxlamaqla  rayonun 29 kəndində, 13 baytar məntəqəsində mal-qara arasında peyvəndləmə işini həyata keçirib. İribuynuzlu heyvanlarda dabaq, təkdırnaqlı heyvanlarda qarayaraya, sahibli itlərdə quduzluq, ev quşlarında isə taun xəstəliyinə qarşı peyvəndləmə işləri aparılıb. İlin əvvəlindən bu günə kimi 43709 baş iribuynuzlu, 381  baş təkdırnaqlı heyvanlarda, 3237  baş sahibli itlərdə, 150 baş donuzda vaksinasiya işləri görülüb.  Ev quşlarında da bu tədbir həyata keçirilib.

bütün baytarlıq məntəqələri peyvəndləmə işlərinin mütəşəkkil aparılması üçün lazımi avadanlıqlar və biopreparatlarla tam təmin olunub.Tədbirlərin keyfiyyətli aparılması üçün məntəqələr soyuq zəncir sisteminə aid olan bütün avadanlıqlarla təhciz edilib. Həmin avadanlıqların mövcudluğu və işlək vəziyyəti tədbirlər başlamazdan əvvəl məntəqələrdə baxılıb, yoxlanılıb və müvafiq aktlar tərtib olunub. Hal-hazırda rayon ərazisində iribuynuzlu heyvanlarda dabaq, itlərdə quduzluq əleyhinə qarşı vaksinasiya işləri aparılır.

Xüsusi təhlükəli infeksion xəstəliklərin qarşısının alınması üçün dövlət tərəfindən maliyyələşdirilən preparatların istifadəsi zamanı şəffaflığın təmin edilməsi məqsədilə onların üzərinə “satıla bilməz” xəbərdarlığı yazılıb.

Rayon ərazisində il ərzində 48000 baş iribuynuzlu, 58000 baş xırdabuynuzlu, 38100 baş təkdırnaqlı, 3500 baş it və 386000 baş ev quşlarında, 150 baş donuzda peyvəndləmə işlərinin görülməsi nəzərdə tutulub.

Tədbirlər zamanı ekoloji çirklənmənin qarşısını almaq məqsədilə istifadə olunmuş biopereparatların boş qabları və avadanlıqlar xüsusi politelen torbalara yığılaraq baytarlıq idarəsində saxlanılır və komisiya tərəfindən zərərsizləşdirilərək akt tərtib olunur. Belə tədbirlər il boyu öz işini davam etdirəcəkdir.

Keçidlər