Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunun Yuxarı Şilyan kəndində Böyük Vətən Müharibəsi iştirakçısı ilə görüş keçirilib

09 may 2020 | 16:00

Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü münasibətilə Ucar rayonunun Yuxarı Şilyan kəndində Böyük Vətən Müharibəsinin iştirakçısı Baxşəliyev Məhərrəm Albaba oğlunun evində onunla görüş keçirilib. Rayon üzrə hazırda yeganə Böyük Vətən Müharibəsi iştirakçısı, çoxsaylı övladları, nəvələri, nəticələri, kötücələri olan 95 yaşlı Məhərrəm Baxşəliyev keçdiyi döyüş yolundan xatirələr danışıb, ona Ucar Rayon İcra Hakimiyyəti tərəfindən gətirilmiş bayram sovqatına görə təşəkkürünü bildirmişdir.

Keçidlər