Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru

20 may 2020 | 16:00

Azərbaycan Respublikasının prezidenti  cənab İlham Əliyev tərəfindən aparılan islahatlar iqtisadiyyatda şəffaflığın səviyyəsini artırmış, iqtisadi inkişafın yeni mənbələrinin tapılmasına imkan yaratmışdır.

Son illər ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilmişdir. Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına, iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına  mühüm əsaslar yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına, aztəminatlı ailələrin, ahılların, qocaların maddi və mənəvi dəstəklənməsinə yönəlib.

Cari ilin aprel ayının 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı. Beləliklə, pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə tutuldu.

Pandemiya dövründə Ucar rayonunda işaxtaran aztəminatlı şəxslərdən 172 nəfər ictimai işlə təmin olunmuşdur. İctimai işlərə cəlb edilmiş vətəndaşların plastik əmək haqqı kartları müvəkkil banklar tərəfindən hər bir vətəndaşın şəxsən özünə təqdim edilməsi həyata keçirilir. 2020-ci ilin aprel ayı ərzində əlavə olaraq 40 ailəyə ünvanlı sosial yardım təyin olunmuş, ümumilikdə ünvanlı sosial yardım alan ailələrin sayı 562-yə çatmışdır. Pensiya, müavinət və təqaüd alanların sayı 14792 nəfər olmaqla vaxtında ödənilməsi təmin olunmuşdur. Rayon üzrə 5000 nəfərdən artıq işsiz şəxsə 190 manat həcmində birdəfəlik ödəmə “Azərpoçt”  və bank filialları tərəfindən verilməsi təmin edilmişdir. Hazırda may ayı üçün müavinətlərin plastik kartlarla verilməsi həyata keçirilir.

Pandemiya dövründə rayon üzrə 2700-dən artıq  aztəminatlı ailəyə Heydər Əliyev Fondu tərəfindən ərzaq sovqatı çatdırılmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən 158 şəhid ailəsinə, 124 Qarabağ müharibəsi əlilinə, 328 aztəminatlı ailəyə ərzaq yardımı göstərilmişdir. Rayonun imkanlı şəxsləri və xeyriyyəçilər tərəfindən isə 1500-dən çox ailəyə ərzaq yardımı verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və qeydiyyatda olan 117 nəfər tək və kimsəsizlə hər gün əlaqə saxlanılır, tibbi və sosial xidmətin həyata keçirilməsi təmin olunur, əlavə olaraq yaşı 65-dən yuxarı olan şəxslərin də sosial vəziyyəti nəzarətdə saxlanılır.

Pandemiya dövründə rayonda həyata keçirilən tədbirlər əhali tərəfindən dəstəklənmiş, dövlətin öz vətəndaşına göstərdiyi diqqət və qayğı onlar tərəfindən yüksək qiymətləndirilmişdir. Rayonda həyat artıq öz normal axarına düşür, yumşaldılmış karantin rejiminin tələblərinə uyğun olaraq iqtisadi və sosial sahədə canlanma davam edir.

Keçidlər