Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov icra hakimiyyəti Aparatının məsul əməkdaşlarının iştirakı ilə müracət edən vətəndaşlarla növbəti onlayn qəbul keçirib

04 avqust 2020 | 16:00

Avqust ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov icra hakimiyyəti Aparatının məsul əməkdaşlarının iştirakı ilə müracət edən vətəndaşlarla növbəti onlayn qəbul keçirib.

Onlayn qəbulda çıxış edən Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında 13 may 2020-ci il tarixli Fərmanı ilə vətəndaş müraciətlərinə baxılma işində səmərəliliyin artırılması məqsədilə yerlərdə də videoqəbulların təşkili və həyata keçirilməsini diqqətə çatdırıb.

Daha sonra Mənsur Məmmədov Ucar şəhəri və Quləbənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərindən müraciət etmiş vətəndaşlar dinləmişdir.

Müraciətlər 1-i şəhid olmuş oğlunun məzar daşının cari təmir olunmasına, 3 müraciət maddi yardım olunmasına, 2 müraciət torpaq sahəsi ayrılmasına, 1 müraciət xəstə uşağına pensiya təyin olunmasına, 2 müraciət əmək haqqının ala bilməməsinə, 1 müraciət işlə təmin olunmasına köməklik ilə bağlı olmuşdur. 

Onlayn qəbulda səslənən müraciətlər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Sonda M.Məmmədov onlayn qaydada inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədrlərinin dinləmiş, yerlərdəki vəziyyət barədə məlumatlar alaraq aidiyyatı üzrə tapşırıqlarını vermiş və vətəndaşların onlayn qəbullarının keçirilməsinin davam etdirilməsinin zəruriliyini vurğulamışdır.

Həmçinin onlayn qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib və vətəndaşlara karantin rejiminin şərtllərinə əməl etmələri tövsiyə olunub.

.

Keçidlər