Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Qadınlar Günü münasibətilə "Şəhid ailələrinə qayğı" adlı aksiyası keçirilib

08 mart 2021 | 16:00

6-8 mart 2021-ci il tarixlərdə Rayon İcra Hakimiyyəti Başçısının müavini–ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Ucar rayon təşkilatının sədri rayon təşkilatının Gənclər Birliyinin sədri ilə birgə 8 Mart - Qadınlar Günü münasibətilə "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində II Qarabağ müharibəsində şəhid olmuş rayonun Bərgüşad kəndində Şahı Məmmədovun, Niftalı Mehdilinin və Səbuhi Süleymanovun, Qaracallı kəndində Rəmal Gülüşovun, Bağırbəyli kəndində Təbriz Bəkirovun, Çiyni kəndində Hüseyn Həsənovun, Qazıqumlaq kəndində Namiq Qarayevin, Qarabörk kəndində Hikmət İbrahimovun, Bağban kəndində Ağayusif Əliyevin, Lək kəndində Xəyal Cəbrayılovun, Qazyan kəndində Vüqar Ələkbərovun, Ucar şəhərində Allahverdi Ələkbərovun, Elçin İsmayılovun və Elnur Vəliyevin, Qarabörk kəndində Coşqun Məmmədovun və rayonun Alpout kəndində Kərim Əliyevin ailələrini ziyarət etmişdir.

Keçidlər