Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədov Coşqun Elnur oğlu!

09 mart 2021 | 16:00

İkinci Qarabağ müharibəsində şəhid olan Ucarlı oğullarımızdan biri. Yaşasaydı bu gün 27 yaşı olacaqdır. Tanrı ona ömrünün 26 yaş 7 ay 4-cü günündə Vətən müharibəsinin şəhidi qismətini yazdı.

YAP Ucar rayon təşkilatının və rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin, rayon Təhsil Şöbəsinin, rayon Gənclər və İdman İdarəsinin, rayon Gənclər evinin kollektivi 09 mart 2021-ci il tarixdə rayonun Qarabörk kənd qəbiristanlığında şəhid Coşqun Məmmədovun məzarını ziyarət etdilər, ruhuna dualar oxundu. Daha sonra şəhidin böyüyüb boya-başa çatdığı evdə şəhidin ailə üzvləri ilə görüşüldü, baş sağlığı verildi.

Keçidlər