Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda şəhid ailələri ziyarət olundu.

22 aprel 2021 | 16:00

Ucar rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı, “Tək millət, tək ürək” Humanitar Platforması və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Ucar rayonunun İkinci Qarabağ Müharibəsində şəhid olanların ailə üzvləri evlərində ziyarət olunub.

Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev, Milli Məclisin deputatı Ramil Həsən, Ucar RİH-nin əməkdaşları və gənclər şəhid ailələri ilə səmimi söhbət ediblər, onların gündəlik qayğıları ilə maraqlanıblar, ailələrə Ramazan sovqatı çatdırıblar.

Görüşlər zamanı Vətən müharibəsində şəhid olmuş oğulların heç vaxt unudulmayacağı, Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə göstərişi əsasında Şəhid və qazi ailələrinə yüksək səviyyədə xüsusi diqqət və qayğı göstərilməsi, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks və davamlı tədbirlərin həyata keçirilməsi, Şəhid və qazi ailələrinin daim xüsusi diqqət mərkəzində saxlanılması qeyd olunmuşdur.

Şəhid ailələri dövlətimiz tərəfindən göstərilən diqqət və qayğını öz üzərlərində hiss etdiklərini, bayramlarda və əlamətdar günlərdə onlar hər zaman xatırlandığını demişdilər.

Şəhid ailələri göstərilən diqqət və qayğı üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Bütün Şəhidlərimizin ruhları şad olsun! QARABAĞ AZƏRBAYCANDIR!

Keçidlər