Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdə ilk doğum günün mübarək kapitan ELÇİN İSMAYILOV!

30 may 2021 | 16:00

30 may 2021-ci il tarixdə Ucar rayon İcra Hakimiyyətinin və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon təşkilatı üzvlərinin iştirakı ilə Ucar rayon Şəhidlər Xiyabanında 30 iyun 1989-cu ildə Ucar rayonunda anadan olmuş, 07 oktyabr 2020-ci ildə Füzuli rayonunun azad olunmasında şəhid olmuş, 08 oktyabr 2020-ci ildə dəfn olunmuş Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı İsmayılov Elçin Mübariz oğlunun doğum günü qeyd olunmuşdur.

Ucar rayon "Came" məscidinin axundu Hacı Elnur, Ağdaş Regional Mədəniyyət İdarəsinin Ucar rayonu üzrə nümayəndəsi Alı Babayev, Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva çıxışlarında qeyd etdilər ki, 44 günlük Vətən müharibəsinin hər bir günündə Şəhid Oğullarımız qəhrəmanlıq dastanları yazdılar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 May-Respublika günü Ağdam rayonuna səfəri zamanı çıxışında bir daha qeyd etdi ki, 44 günlük müharibə bizim şanlı tariximizdir.Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti oldu. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbiçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq..."

Qeyd olundu ki, ömrünün 31 yaş 4 ay 7-ci günündə ŞƏHİDLİK ZİRVƏSİNƏ qovuşan Elçin İsmayılovun timsalında VƏTƏN ŞƏHİDLƏRİMİZİN nurlu xatirəsi heç vaxt unudulmayacaqdır.

Məktəblilər şəhidlərə həsr olunmuş şerlər söylədilər.

Elçin İsmayılov ailənin ilk övladı-üç qardaşın böyük qardaşı idi.

Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirmişdir.

Elçin İsmayılov ailəli idi. Ocağında Ömər və Mübariz adlı Vətənə əmanət iki oğul övladı böyüyür.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda", 24 dekabr 2020-ci tarixli Sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə" və 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Cənnətdə ilk doğum günün mübarək kapitan ELÇİN İSMAYILOV!

Keçidlər