Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 26 İyun - Narkomaniyaya qarşı Beynəlxalq Mübarizə Günü çərçivəsində “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda onlayn tədbir keçirildi

24 iyun 2021 | 16:00

24 iyun 2021-ci il tarixdə Ucar rayonunda “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda onlayn formatda aidiyyatı qurumların nümayəndələrinin iştirakı ilə gənclərlə görüş keçirilmişdir.

Tədbirin keçirilməsində məqsəd 26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü çərçivəsində ictimaiyyətin diqqətini bu problemə yönəltmək və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə”  Dövlət Proqramının  5.2.1-ci  yarımbəndini icra etməkdir.

Tədbirdə RİH başçısı aparatının Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Şükür Məmmədov, rayon Polis şöbəsinin Uçot və Qeydiyyat Statistika işləri üzrə inspektoru Məhəmməd Şükürov, rayon Gənclər və İdman idarəsinin rəis müavini Mirmehdi Heydərov mövzu ətrafında çıxış etdilər.

Tədbirdə narkotiklərdən istifadənin əlamətləri, narkotikdən asılılıq, narkotiklərlə tanışlığın səbəbləri, narkotik vasitələrin zərərləri, İİV infeksiyasına yoluxma mövzuları ətrafında maarifləndirici söhbətlər aparılmışdır. Eyni zamanda tədbirin gedişatında iştirakçılara narkomaniya ilə bağlı video-çarx göstərilmişdir.

Keçidlər