Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri günü Ucar rayonunda da qeyd edildi

26 iyun 2021 | 16:00

26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, hüquq mühafizə orqanlarının rəhbərləri rayon mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər qoymuşlar.

Daha sonra Ucar rayon Şəhidlər Xiyabanında uyuyan şəhid məzarları ziyarət olunmuş, məzarın önünə tər çiçəklər qoyulmuş, ruhlarına dualar oxunmuşdur.

Tədbir Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsində davam etmişdir.

Şöbənin rəisi vəzifəsini icra edən Pərviz Hacıyev, Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Qarabağ əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Rahib Rəsulov çıxışlarında qeyd etdilər ki, Azərbaycan xalqı müstəqilliyinin bərbasının 30-cu ildönümünə doğru tarixinə qürur verən hadisələrlə gedir. Sözsüz ki, ən böyük hadisə isə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi,Prezident İlham Əliyevin əzmlə həyata keçirdiyi siyasətin nəticəsi olaraq torpaqlarımızın işğaldan azad edilməsi,ərazi bütövlüyümüzün bərpası oldu.Vətən müharibəsindəki Qələbə yalnız müasir dövrün deyil,son 200 illik tariximizin ən böyük hadisəsidir.

44 günlük Vətən müharibəsində Ucar rayonunda 23 nəfər şəhid dəfn olunmuşdur. Vətən şəhidlərimizin əziz xatirəsi heç vaxt unudulmayacaq.

Ölümlərindən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamları ilə təltif olunmuş medallar şəhidlərimizin valideynlərinə və ailə üzvlərinə təqdim olunmuşdur.O cümlədən,şəhid mayor Hacıyev Elnur Yaqub oğlunun,kapitan İsmayılov Elçin Mübariz oğlunun, leytenant Vəliyev Elnur Əli oğlunun, gizir Ələkbərov Allahverdi Məzahir oğlunun, kiçik gizir Əliyev Kərim Məhəmmədəli oğlunun, əsgərlər Bəkirov Təbriz Etibar oğlunun, Cəbrayılov Xəyal Rafiq oğlunun, Xəlilov Ayaz Qnyaz oğlunun , İbrahimov Hikmət Zaur oğlunun, Mehdili Niftalı Qnyaz oğlunun, Məmmədli Şahı Elman oğlunun, Məmmədov Fikrət Elşad oğlunun və Süleymanov Səbuhi Ələkbər oğlunun "Vətən uğrunda" medalları, Həsənov Hüseyn Vahib oğlunun "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə gorə" medalları, Qəfərli Samir Möhlət oğlunun "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları valideynlərinə və ailə üzvlərinə təqdim olunmuşdur.

Həmçinin təltif olunmuş ehtiyatda olanlar-əsgərlər Əsədov Namiq Natiq oğluna, Həsənov Faxrət Şahin oğluna, Həsənov Toğrul Nizaməddin oğluna ,Kərimli Sadiq Nəriman oğluna, Kərimov Tunar Famiz oğluna, Nuri Ülvi İbrahimxəlil oğluna və Süleymanov Nemət Nizami oğluna "Cəsur döyüşçü", Beydullayev Elvin Nüsrət oğluna "Döyüşdə fərqlənməyə görə", Hüseynov Heydər Seyran oğluna, Mustafayev Rəşad Natiq oğluna, Rüstəmov Səfər Mikayıl oğluna və Rzayev Bulut Tahir oğluna "Hərbi xidmətlərə görə" medalları təqdim olunmuşdur.

Keçidlər