Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Hikmət İbrahimovun vəfatının birinci ildönümü qeyd olundu

22 oktyabr 2021 | 16:00

22 oktyabr 2021-ci il tarixdə YAP Ucar rayon təşkilatının fəalları, Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, YAP Ucar rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri 20 oktyabr 2020-ci il tarixdə hərbi xidmət zamanı Füzuli rayonunun müdafiəsində şəhidlik zirvəsinə ucalan 22 oktyabr 2020-ci il tarixdə rayonun Qarabörk kənd qəbiristanlığında dəfn olunmuş İbrahimov Hikmət Zaur oğlunun məzarını ziyarət etmiş,məzarı önünə tər çiçəklər düzülmüş, ruhuna dualar oxunmuşdur.

Daha sonra şəhid bulağının qarşısında anım tədbirində iştirak olunmuşdur.

Keçidlər