Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 8 Noyabr – Zəfər Günü qeyd olunub

08 noyabr 2021 | 16:00

Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Ucar rayonunda silsilə tədbirlər keçirilmişdir.

Tədbirdə Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Azərbaycan Respublikası Milli Məclisin deputatı Ramil Həsən, YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanında vətən yolunda canlarından keçmiş igid oğullarımızın məzarları ziyarət etdilər. Məzarların önünə tər çiçək dəstələri düzülərək, ruhlarına dualar oxundu.

Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyuldu, əziz xatirəsi ehtiramla yad edildi.

Sonra isə iştirakçılar Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

Tədbir açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı şəhid olan Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Milli Məclisin deputatı Ramil Həsən, Birinci Qarabağ müharibəsinin şəhidi Təhmiraz Cavadovun anası Xəysə Cavadova, Vətən müharibəsi şəhidi Elnur Əliyevin atası Əli Vəliyev, şəhid Kərim Əliyevin atası Məhəmmədəli Əliyev, Qarabağ əlili Rahib Rəsulov, qazi Səfər Rüstəmov çıxış etdilər.

Tədbir bədii hissə ilə davam etdirildi.

Keçidlər