Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Namiq Qarayevin şəhadətinin birinci ildönümü qeyd edilib

21 dekabr 2021 | 16:00

21 dekabr 2021-ci il tarixdə Ucar rayonu İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının və idarə, təşkilat rəhbərləri, YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva, 01 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonunda şəhid olmuş, 21 dekabr 2020-ci il tarixdə rayonun Qazıqumlaq kənd qəbiristanlığında dəfn edilmiş Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu Qarayev Namiq Qarakişi oğlunun şəhidliyinin birinci ildönümü münasibətilə məzarını ziyarət etmiş, məzarın üzərinə tər çiçəklər qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Namiq Qarayev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Allah Vətən uğrunda, bizim uğrumuzda canından, qanından keçən bütün igid oğullarlmıza rəhmət etsin. Amin! Hər zaman bizimləsiniz! Bu günümüzə Sizlərə borcluyuq!

Keçidlər