Əsas sənaye müəssisələri Pambıq, Konserv, Asfalt zavodlarıdır.
XX əsrin əvvəllərində Ucarda pambıq emalı zavodu və Biyan zavodu fəaliyyət göstərmişdir.
Əsas məşğuliyyət sahələri əkinçilik, maldarlıq, ticarətdir.
Sənaye
Rayon sənayesində təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi 2012-ci illə müqayisədə 6,7 faiz artaraq 2016-cı ildə 4243,0 min manat təşkil etmişdir.
2016-cı il ərzində sənaye müəssisələri tərəfindən istehsal edilmiş məhsulların (natura ifadəsində) fiziki həcmi indeksi 116,9 faiz olmuşdur.
Rayon sənayesinin ən yüksək göstəriciləri əsasən xidmət sahələri üzrə inkişaf etmişdir. Belə ki, il ərzində sənaye müəssisələri tərəfindən 4243,0 min manatlıq müxtəlif xidmətlər göstərilmişdir.
Göstəricilər | İ l l ə r | ||||
2012 | 2013 | 2014 | 2015 | 2016 | |
Fəaliyyət göstərən müəssisələrin sayı | 11 | 10 | 8 | 11 | 11 |
0ənaye məhsullarının həcmi (min manatla) | 3977,0 | 3065,0 | 3186,0 | 3064,0 | 4243,0 |
Sənaye məhsullarının həcmi əvvəlki ilə nisbətən (faizlə) | 110,1 | 77,1 | 110,0 | 100,4 | 116,9 |
Sənaye məhsullarının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi (faizlə) | 39,1 | 30,9 | 14,0 | 18,1 | 27,5 |
İstehsal edilmiş məhsulun ilin axırına qalığı (min manatla) | - | 104,0 | 125,0 | 165,5 | 300,4 |
İşçilərin orta sayı (nəfərlə) | 383 | 378 | 390 | 272 | 368,0 |
İşçilərin orta aylıq əmək haqqı (manatla) | 278,1 | 288,9 | 296,1 | 312,7 | 292,6 |
Sənaye istehsalı əsas fondlarının mövcudluğu (ilin axırına min manatla) | 13760 | 17394 | 17482 | 17394,0 | 16193,0 |
Natura ifadəsində əsas məhsul növlərinin istehsalı | |||||
Çörək və çörək-bulka məmulatı (tonla) | 90,9 | 205,8 | 158,6 | 86,0 | 142,5 |
Pambıq mahlıcı (tonla) | 1373,0 | 281,1 | 228,0 | - | - |
U l y u k (tonla) | 66,0 | 14,7 | 13,5 | - | - |
Pambıq tiftiyi və pambıq çiyidi (tonla) | 847,9 | 345,8 | 317,5 | - | - |
Qatılaşdırılmamış meyvə və tərəvəz şirələri (min dikl) | - | - | 42,6 | 51,0 | 68,0 |
Sənaye məhsullarının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 27,5 faiz təşkil etmiş və keçən illə müqayisədə 51,9 faiz azalma müşahidə olunmuşdur.
Sənayedə işləyən işçilərin orta aylıq əmək haqqı 292,6 manat təşkil etmiş, 2015-ci ilə nisbətən 20,1 manat azalmışdır.
Tikinti
Rayon iqtisadiyyatının inkişafında mühüm rol oynayan və ümumi daxili məhsulun formalaşmasında aparıcı sahələrdən biri olan tikinti kompleksi iqtisadiyyatın başqa sahələri kimi inkişaf etməkdədir.
Dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı işlərin müxtəlif infrastruktur layihələrin nəticəsi olaraq son dovrlərdə dövlət mülkiyyətində olan müəssisə və təşkilatlar qeyri-dövlət mülkiyyətində olan təşkilatlara nisbətən inşaat işlərinə daha çox vəsait qoymuşlar.
Göstəricilər | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
Fəaliyyət göstərən tikinti təşkilatlarının sayı (ədədlə) | 12 | 11 | 12 | 6 | 7 |
Bir işçinin orta aylıq nominal əmək haqqı (manatla) | 194,1 | 210,7 | 223,2 | 259,2 | 238,6 |
Tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri işlərin (xidmətlərin) həcmi (min manatla) | 5708,1 | 3081,1 | 5277,0 | 1836,3 | 2761,0 |
Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiyalar (min manatla) | 36214,1 | 153954,1 | 85401,5 | 101463,5 | 27542,8 |
Bütün maliyyə mənbələri hesabına tikinti quraşdırma işlərinin həcmi (min manatla) | 35820,2 | 148912,3 | 81662,7 | 96669,0 | 27007,7 |
Bütün maliyyə mənbələri hesabına əsas fondların istifadəyə verilməsi (min manatla) | 4356,3 | 5644,7 | 12279,8 | 20277,2 | 12341,7 |
İstifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi (kv.m-lə) | 5415,0 | 3988,0 | 4810,0 | 2249,0 | 2180,0 |
İstifadəyə verilmiş ümumtəhsil məktəbləri (şagird yeri ilə) | 440 | 400 | 260 | - | - |
Tikinti müəssisələri tərəfindən 2016-cı ildə yerinə yetirilmiş inşaat işlərinin həcmi 2761,0 min manat olmaqla əvvəlki ilin səviyyəsini 50,3 faiz artmışdır.
Görülmüş ümumi tikinti işlərinin 214,3 manatını əsaslı təmir, 2366,9 min manatını cari təmir, 179,8 min manatını sair tikinti işləri təşkil etmişdir.
2016-cı ildə inşaat bölməsində çalışmış 331 nəfərin orta aylıq nominal əmək haqqı 238,8 manat təşkil etmiş və əvvəlki ilin səviyyəsindən 7,9 faiz az olmuşdur.
Kənd təsərrüfatı
Ucar rayonu ölkənin mühüm kənd təsərrüfatı rayonlarından biridir. Rayonun iqtisadiyyatında heyvandarlıq, taxılçılıq, tərəvəzçilik aparıcı rol oynayır. Bununla yanaşı təsərrüfatlarda kartof və bostan məhsulları da istehsal olunur.
Rayonun istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsi ümumi ərazinin 45,0 faizini təşkil edir.
Rayonda 2015-ci ildə tərəvəz və üzüm istehsalı istisna olmaqla, digər növ kənd təsərrüfatı məhsulları istehsalı sahəsində artıma nail olunmuşdur.
Belə ki, rayonun təsərrüfatlarında bu il 16198,0 ton və ya 2012-ci illə müqayisədə 2,6 faiz cox tərəvəz, 15163,0 ton (3,8 faiz çox) meyvə, 2335,0 ton (16,2 faiz çox) bostan məhsulları, 29414,0 ton taxıl, 4891,0 ton kartof istehsal olunmuşdur.
Göstəricilər | Ölçü vahidi | İ l l ə r |
2016-cı ilin 2012-ci ilə müqayisəli faizlə |
||||
2012 | 2013 | 2014 | 2015 | 2016 | |||
Dənli və paxlalılar | hektar | 12556 | 12672 | 12653 | 12179 | 12605 | 100,4 |
Buğda | hektar | 7203 | 7234 | 7134 | 6706 | 6713 | 93,2 |
Arpa | hektar | 4768 | 4808 | 4972 | 4965 | 4988 | 104,6 |
Dən üçün qarğıdalı | hektar | 177 | 179 | 182 | 189 | 265 | 149,7 |
Çəltik | hektar | 408 | 451 | 365 | 319 | 639 | 156,6 |
Kartof | hektar | 396 | 401 | 410 | 413 | 422 | 106,6 |
Tərəvəz | hektar | 1780 | 1791 | 1794 | 1798 | 1803 | 101,3 |
Bostan bitkiləri | hektar | 215 | 218 | 230 | 234 | 236 | 109,8 |
2016-cı ildə diri çəkidə 5029 ton ət, 38788 ton süd, 20020 min ədəd yumurta, 72,4 ton yun, 0,762 kq bal istehsal olunmuşdur.
2015-ci illə müqayisədə ət istehsalı 0,1 faiz, süd istehsalı 0,02 faiz, yumurta istehsalı 0,04 faiz, yun istehsalı 0,4 faiz artmışdır.
Rayonunun təsərrüfatlarında 2017-ci il yanvar ayının 1-i vəziyyətinə 59072 baş iri buynuzlu mal-qara, o cümlədən 33182 baş inək və camış, 55015 baş qoyun və keçi mövcud olmuşdur.
İl ərzində iri buynuzlu mal-qaranın sayı 0,04 faiz, inək və camışların sayı 0,09 faiz,qoyun və keçilərin sayı 0,03 faiz artmışdır.
Heyvandarlıq
Göstəricilər |
Ölçü vahidi |
İ l l ə r |
2016-cı ilin 2012-ci ilə müqayisəli faizlə |
||||
2012 | 2013 | 2014 | 2015 | 2016 | |||
İri buynuzlu mal | baş | 58591 | 58977 | 59025 | 59046 | 59072 | 100,8 |
O cümlədən inək camış | baş | 32945 | 33109 | 33123 | 33152 | 33182 | 100,7 |
Qoyun və keçi | baş | 54222 | 54767 | 54979 | 54994 | 55015 | 101,5 |
Arı ailələrinin sayı | min | 0,200 | 0,211 | 0,200 | 0,205 | 0,211 | 105,5 |
Quşlar | baş | 515813 | 516944 | 516970 | 516979 | 516994 | 100,2 |
“Azərbaycan Respublikası Regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər)” üzrə nəzərdə tutulmuş tədbirlərin ardıcıl surətdə uğurla həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının bazarlara sərbəst çıxarılmasını təmin etmək məqsədilə satış yarmarkalarının təşkil edilməsi, sahibkarlığın inkişafına Dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsi təsərrüfatlarda əkinə marağı daha da artırmışdır.
Avtomobil, dəmir yolları haqqında məlumat
Rayonun ərazisindən Bakı-Gəncə dəmir yolunun 50 km, Bakı-Gəncə avtomobil yolunun 52 km, Ucar-Zərdab avtomobil yolunun 19 km-lik hissəsi keçir. Rayon ərazisindən keçən avtomobil yolları 2-ci kateqoriyalıdır.
Əhaliyə göstərilən ticarət, nəqliyyat və məişət xidmətlərinin yaxşılaşdırılması sahəsində məqsədyönlü tədbirlər aparılmışdır. Ucar şəhərində və magistral yol kənarında olan primitiv, sanitar gigiyenik qaydalara cavab verməyən ticarət və məişət obyektlərinin əvəzinə, müasir tələblərə cavab verən yeni obyektlərin tikilərək istifadəyə verilməsi işləri davam etdirilmiş, əhaliyə çoxsaylı ticarət şəbəkələri vasitəsilə müxtəlif çeşidli ticarət və məişət xidmətləri göstərilmişdir.
İl ərzində 30,0 min nəfərə yaxın sərnişin daşınmış və dövlət büdcəsinə 16,9 min manat vəsait ödənilmişdir. İl ərzində müxtəlif yük və sərnişin daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat növlərinə 1562 ədəd fərqlənmə nişanı verilmiş və büdcəyə 37,8 min manat vəsait ödənilmişdir.