Şriftin ölçüsü :

Saytın rəngi :

Idman

          Ucar rayonu üzrə Gənclər və İdman sektoru, rayon əhalisinin 29,2 faizini təşkil edən yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının mənəvi keyfiyyətlərinin qorunması və artırılması, gənclərdə fəal həyat mövqeyinin formalaşdırılması, hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi sahəsində müəyyən tədbirlər görmüşdür.

          Rayon Gənclər Evinin 2015-ci ildə istifadəyə verilməsi və fəaliyyətə başlaması rayonda gənclərlə aparılan işlərin daha da canlandırılmasına, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə lazımi şərait yaratmışdır.

          01.01.2023-cü il tarixinə Ucar Gənclər Evi Sosial-Xidmət Müəssisəsinin binasında trenajor və bilyard zallarında gənclərin idmanla məşğul olmaları və asudə vaxtlarının səmərəli təşkili təmin edilir, eyni zamanda yeniyetmə və gənclər üçün rəqs bölməsi, ingilis dili kursu, foto dərnəyi, kompüter kursu, İtalyan dili, rəsm dərnəyi və psixoloji xidmət fəaliyyət göstərir.

          Ucar rayonu üzrə Gənclər və İdman sektoru rayonda pandemiya qaydalarına riayət etməkləidmanın kütləviliyinin artırılması sahəsində rayon Təhsil sektoru ilə birgə tədbirlər həyata keçirmiş, bu məqsədlə məktəblərdəki 33 idman zalından, 146 sadə idman qurğusundan, 11 stadiondan, trenajor zalından istifadə olunmuş, alpaqut karate, cüdo bölmələrinin işi canlandırılmışdır.

          Rayon əhalisinin 7063 nəfəri və ya 8.3 faizi bədən tərbiyəsi ilə məşğul olur. Bədən tərbiyəsi ilə məşğul olanların 954 nəfəri qadınlardır.

          Azərbaycan Respublikasının Prezidentinin "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın müvafiq yarımbəndlərinin icrası ilə əlaqədar rayonumuzun yeniyetmə və gəncləri respublikada keçirilən müxtəlif sahələr üzrə seçim turlarında, bilik yarışlarında, intellektual oyunlarda, hərbi-idman oyunlarında və digər müsabiqələrdə iştirak etmişlər.

futbol                       - 1860 nəfər

voleybol                  - 1316 nəfər

şahmat                   - 377 nəfər

yüngül atletika        - 782 nəfər

dama                      - 84 nəfər

basketbol                - 582 nəfər

nərd                        - 90 nəfər

cüdo                        - 38 nəfər

futzal                       - 1880 nəfər

taekvando               - 45 nəfər

karate                      - 155 nəfər

armrestlinq             - 155 nəfər

boks                        - 16 nəfər

əltopu                      -  112 nəfər

alpaqut                   - 102 nəfər

Keçidlər