Şriftin ölçüsü :

Saytın rəngi :

Poçt və Rabitə

Rayon ərazisində 38 poçt, telefon və teleqraf müəssisəsi,  6 internet klub  1 İnformasiya təlim mərkəzi fəaliyət göstərir.

01.01.2017-ci il tarixinə rayon əhalisinə göstərilən poçt və telefon rabitəsi  xidmətinin  daha da yaxşılaşdırılması üçün nəzərdə  tutulmuş tədbirlərə uyğun olaraq işlər davam etdirilmişdir. Əhaliyə göstərilən rabitə və internet  xidmətlərinin keyfiyyətinin müəyyən qədər yaxşılaşdırılmasına nail olunmuş, yeni internet avadanlıqları quraşdırılmış, genişzolaqlı internet istifadəçilərinin sayı 2440-a çatdırılmışdır.

2016-cı il ərzində görülmüş tədbirlər nəticəsində əhaliyə əvvəlki ildəkindən 58,5 min manat çox  olmaqla 198,3  min manatlıq poçt xidməti, 3,7 min manat çox olmaqla  484,7 min manatlıq  telefon rabitəsi xidməti  göstərilmiş,  şəbəkənin xətt təsərrüfatının köhnə olması  xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasında müəyyən problemlər yaradır.

Poçt filalı üzrə xidmətin səviyyəsi əvvəlki dövrlə müqayisədə artsa da 7 poçt şöbəsi  və 6 xidmət növü üzrə göstəricilər kəsrlə yerinə yetirilmişdir.

Rayon Telekommunikasiya Qovşağı üzrə telefon tutumundan istifadə 66,6 faiz, internet tutumundan istifadə 78,3 faiz təşkil etsə də Xələc,  Ə.Məmmədxanlı, Türkəci, Yuxarı Çiyni kəndlərində internetdən ümumiyyətlə istifadə olunmamış, bu göstərici Ucar şəhəri, Ramal, Müsüslü, Bağban, Rəstəcə, Alpout və Boyat  kəndlərində orta göstəricidən aşağı olmuşdur.

Rayonun Gəraybəyli kəndində  birbaşa telefon xəttinin və tutumun olmaması əhalinin telefon  çəkilişi ilə əlaqədar haqlı narazılıqlarına səbəb olmuşdur.

Keçidlər