Şriftin ölçüsü :

Saytın rəngi :

İnzibati xətalar haqqında protokol

Ucar rayon İcra Hakimiyyəti Başçısı Aparatında “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında

Ucar Rayonu İcra Hakimiyyəti Başçısının 15 mart 2017-ci  il  tarixli                                                    34 saylı  sərəncamından

                                   Ç I X A R I Ş

 Ucar rayon İcra Hakimiyyəti Başçısı Aparatında inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsin təyin edilməsi haqqında

“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanın 1 və 5-ci bəndlərini və “Yerli İcra hakimiyyətləri haqqında Əsasnəmə”nin 6.8-ci bəndini rəhbər tutaraq Qərara alıram:

1.Rayon İcra Hakimiyyəti Başçısının müavini–sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehdiyev Vaqif Mehdi oğlu  Ucar rayon İcra Hakimiyyəti Başçısı Aparatında inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxs təyin edilsin.


                                         Ucar Rayonu İcra Hakimiyyəti Başçısının 08 iyun  2017-ci  il  tarixli                                                                                   62 saylı sərəncamından 

                                                                                                                                                                                                                                                          Ç I X A R I Ş

Ucar rayon İcra Hakimiyyəti Başçısı Aparatında “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında

“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın  təsdiq  edilməsi  barədə  Azərbaycan  Respublikası Prezidentinin 3 may 2017-ci  il tarixli 1361 nömrəli Fərmanının 4-cü bəndini rəhbər tutaraq Qərara alıram:

Aşağıda adları qeyd olunan vəzifəli şəxslər Ucar rayon İcra Hakimiyyəti Başçısı Aparatında “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər kimi təsdiq edilsin.

Əliş Cəbrayılov  – rayon İcra Hakimiyyəti Başçısının birinci müavini

Vaqif Mehdiyev – rayon İcra Hakimiyyəti Başçısının müavini–sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri

Şəhla Abdullayeva  – rayon  İcra  Hakimiyyəti  Başçısının  müavini – ictimai-siyasi  və humanitar məsələlər şöbəsinin müdiri

Xəyyam Səmədzadə – rayon  İcra  Hakimiyyəti  Başçısı  Aparatının  hüquq  şöbəsinin müdiri

Cəbrayıl Tağıyev – rayon  İcra  Hakimiyyəti  Başçısı  Aparatının  ərazi  idarəetmə  və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri

Nasir Abdıyev – rayon  İcra  Hakimiyyəti  Başçısı  Aparatının  memarlıq  və  tikinti şöbəsinin müdiri

Aidə Qəhrəmanova   – rayon İcra  Hakimiyyəti  Başçısı  Aparatının  sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Nurməmməd Tağıyev– rayon İcra Hakimiyyəti Başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini

Rövşən Eldarbəyli – rayon İcra Hakimiyyəti Başçısı Aparatının informasiya  təminatı və  təhlil  sektorunun müdiri

Abdulla İbrahimov–başçının Ucar şəhəri inzibati ərazi  dairəsi üzrə nümayəndəsi

Mehman Məmmədov–başçının Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Rahib Şərifov – başçının Əlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Vahid Abdullayev–başçının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən

Asif Ələsgərov  –  başçının Alpout kənd inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəsi

Əfqan Rəhimov  –  başçının Lək kənd  inzibati ərazi dairəsi üzrə  nümayəndəsi

Azad Abdullayev –başçının Xələc kənd  inzibati ərazi  dairəsi  üzrə  nümayəndəsi

Hidayət Əliyev  –  başçının Qazyan kənd inzibati ərazi dairəsi üzrə  nümayəndəsi

Ənvər Niftəliyev  –  başçının Boyat kənd inzibati ərazi dairəsi üzrə  nümayəndəsi

Məcid Hümmətov –başçının Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Cabir Hacıyev–başçının Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Fuad Bəbirxanov –başçının Müsüslü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi   

Akif İbrahimov–başçının Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini  müvəqqəti icra edən

Elşad İbrahimov–başçının Ənvər Məmmədxanlı kənd inzibati ərazi  dairəsi  üzrə nümayəndəsi

Tale Mahmudov–başçının Quləbənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 

Pərviz Tağıyev–başçının Qarabörk kənd inzibati ərazi  dairəsi üzrə nümayəndəsi

Keçidlər