ELAN
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Ucar Rayon İcra Hakimiyyəti Başçısının 24 aprel 2026-cı il tarixli, 62 nömrəli Sərəncamı ilə Ucar Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.
Bununla əlaqədar olaraq 01 may 2026-cı il tarixdən Ucar Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 04 iyun 2026-cı il tarixdə qeydiyyat başa çatacaqdır. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız 1 nəfər namizəd irəli sürə bilər.
Əlaqə nömrəsi: 02021-2-03-16
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Ucar Rayon İcra Hakimiyyəti Başçısının 24 aprel 2026-cı il tarixli, 62 nömrəli Sərəncamı ilə Ucar Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə seçki komissiyası yaradılmışdır. Seçki komissiyası tərəfindən vətəndaş cəmiyyəti institutlarını təmsil edən 10 nəfərin namizədliyi qeydə alınmışdır.
11 iyun 2026-cı il tarixdə saat 1100 Ucar Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçiriləcəkdir.






