"Könüllü fəaliyyəti"nə sən də qoşul!
"Könüllü fəaliyyəti"nə sən də qoşul!
Ucar Rayon İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq könüllülük fəaliyyətini daha da genişləndirir.
Könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.
Könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. Ucar Rayon İcra Hakimiyyətində təşkil olunan könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq 16-29 yaş arası gənclər müraciət edə bilər.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
İntizamlılıq;
Xoşrəftarlılıq;
Ünsiyyətcillik;
Operativlik;
Kollektivdə işləmək bacarığı;
Təşkilatçılıq;
Təşəbbüskarlıq;
Kompüter bacarığı.
Müraciət üçün:
Könüllülər sırasına qoşulmaq istəyən gənclər Könüllü fəaliyyət göstərmək üçün müraciət formasını dolduraraq mail@ucar-ih.gov.az e-poçtuna göndərə bilər və ya Heydər Əliyev prospekti 81 ünvanına təqdim edə bilərlər. Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqdır.
Könüllülük fəaliyyəti 2 növbədə təşkil olunur:
- 09:00 - 13:00 – birinci növbə
- 14:00 - 18:00 – ikinci növbə
Könüllü kimi müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir.
- Əlaqə telefonu: (02021) 2-03-05
- Facebook: https://www.facebook.com/ucar.rih
Könüllülük fəaliyyəti haqqında qanun (https://e-qanun.az/framework/18159)






