“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” Hesabat (2022)
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın 6.1.11-ci yarımbəndinə əsasən Qaydanın 1.2-ci bəndində göstərilən orqanlar (qurumlar) tərəfindən daxil olan məlumatlara əsasən 2022-ci ərzində Ucar rayonunda görülmüş işlər barədə
M Ə L U M A T
Sıra №-si |
Bəndin nömrəsi |
Tapşırığın, tövsiyənin məzmunu |
İcraçı orqanlar |
Tapşırığın, tövsiyənin icra müddəti
|
İcranın gedişinə aid məlumat (görülmüş işlər) |
İcra olunub |
İcra olunmayıb |
Qismən icra olunubsa və ya icra olunmayıbsa bunun səbəbləri |
1. |
5.1
|
Gənclər arasında maarifləndirmənin istiqamətləri |
Ucar Rayon İcra Hakimiyyəti |
İl ərzində |
1.2022-ci il ərzində Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatına nikah yaşının azaldılması ilə bağlı 2 nəfər şəxs müraciət etmişdir. 2.Ucar Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamları ilə həmin şəxslərin nikah yaşının azaldılmasına icazə verilmişdir. 3.Nikaha daxil olmaq istəyən hər iki şəxsin nikah yaşlarının azaldılmasının səbəbi tərəflərdən birinin valideynlərinin xəstəliyi ilə əlaqədar olmuşdur. 4.İl ərzində Ucar Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin və Rayon Gənclər və İdman İdarəsinin məsul şəxsləri bu kateqoriyadan olan ailələrlə müvafiq söhbətlər aparmış və bu sahədə qanunvericilik onlara izah olunmuşdur. 2022-ci ilin ötən dövrü ərzində rayonun bütün ümumtəhsil məktəblərində və Ucar Gənclər Evi Sosial Xidmət Müəssisəsinin inzibati binasında yuxarı sinif şagirdləri və rayon gəncləri ilə “Erkən nikahlar və qohumlar arasında nikahların zərərləri”, “Gənclər arasında ailə dəyərlərinin təbliği”, “Narkomaniyaya yox deyək-sağlam həyatı seç” mövzularında maarifləndirmə tədbirləri keçirilmiş və tədbir iştirakçılarına mövzular barədə məsləhətlər verilərək onların maarifləndirilməsi təmin olunmuşdur. |
İcra olunub |
|
|