04 iyun 2024-cü il tarixdə Ucar şəhərinin Heydər Əliyev Mərkəzində Ucar Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilmişdir.
04 iyun 2024-cü il tarixdə Ucar şəhərinin Heydər Əliyev Mərkəzində Ucar Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilmişdir.
Konfransda Ucar Rayon Ağsaqqallar Şurasının üzvləri, ziyalılar, şəhid valideynləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Konfransın işində Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov və Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev və Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Konfransda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının və hesabat dövründə vəfat etmiş ağsaqqalların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov konfrans iştirakçılarını və qonaqları salamlamışdır.
Konfransda Ucar Rayon Aqsaqqallar Şurasını sədri Mirzalı Ağamalıyevin hesabatı dinlənilmiş və çıxışlar olmuşdur.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev çıxış etmişdir. O, Respublika Ağsaqqallarına göstərilən diqqət və qayğıdan, qarşıda duran vəzifələrdən danışmışdır.
Hesabatda və çıxışlarda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ağsaqqallara böyük diqqət və qayğı göstərilir. Ağsaqqallar mütəmadi olaraq gənclərin maarifləndirilməsində, onlara milli-mənəvi dəyərlərin aşılanmasında önəmli rol oynayırlar.
Yekunda Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov rayon ağsaqqallarının qarşısında duran vəzifələrdən danışmış, rayonun ictimai-siyasi həyatında daha fəal iştirak edəcəklərinə əmin olduğunu bildirmişdir.