10 iyun 2022-ci il tarixdə Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilmişdir.
Konfransda Ucar Rayon Ağsaqqallar Şurasının 30 üzvü iştirak etmişdir. Konfransın işində Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov və Azərbaycan Ağsaqqallar Şurasının sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov iştirak etmişdir.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəsti qoymuşlar.
Ucar Rayon İcra Hakimiyyətinin Başçısı konfrans iştirakçılarını və qonaqları salamlamış, hesabat dövrü ərzində vəfat etmiş ağsaqqalların və vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxış etmişdir.
O, Respublika Ağsaqqallarına göstərilən diqqət və qayğıdan, qarşıda duran vəzifələrdən danışmışlar.
Konfransda Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyevin hesabatı dinlənilmiş və çıxışlar olmuşdur.
Hesabatda və çıxışlarda rayon ağsaqqalları təşkilatın daha uğurlu fəaliyyəti üçün lazımi səy göstərəcəklərinə söz vermişlər.
Yekunda Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov rayon ağsaqqallarının qarşısında duran vəzifələrdən danışmış, rayonun ictimai-siyasi həyatında daha fəal iştirak edəcəklərinə əmin olduğunu bildirmişdir.