Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə rayon İcra Hakimiyyətində elmi-praktik konfrans

31 mart 2015 | 15:00

31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə rayon İcra Hakimiyyətində elmi-praktik konfrans keçirilmişdir. Konfransda rayon İcra Hakimiyyəti  Başçısının birinci müavini Əbil Mehtiyev 31 mart soyqırımı haqqında ətraflı məlumat verdi.

Ə.Mehtiyev çıxışında mart soyqırımı və ya mart hadisələri-1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın olduğunu qeyd etmiş, soyqırım zamanı 7 min dinc sakin öldürülmüş, 72 kənd dağıdılmış, Quba qəzasının isə 122 kəndinin yandırıldığı vurğulanmışdır.

Yalnız ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmandan sonra  31 mart – Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilmişdir.Sonra zaman-zaman soyqırımına məruz qalmış bütün soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Elmi-praktik konfransda Rəstəcə kənd tam orta məktəbin tarix müəllimi Rahib Rəsulovun  "Erməni  terrorizmi: Tarix  və  həqiqətlər”, şəhər 1 nömrəli məktəb-liseyin tarix müəllimi Fuad Quliyevin “Qanlı illər: 1905-1906-cı illər”, Çiyni kənd tam orta məktəbin direktor müavini Anar Misirovun “1918-ci  ilin mart   soyqrımı və onun mərhələli davamı”, Qarabörk kənd tam orta məktəbin tarix müəllimi Rauf Məmmədovun  “1948-ci ildə azərbaycanlıların Ermənistandan departasiyası xalqımızın növbəli faciəsidir”, şəhər 5 nömrəli tam orta məktəbin direktoru Hakim Nəcəfovun “Ermənilərin azərbaycan xalqına   qarşı   yeni  torpaq iddiaları və növbəti soyqırım siyasəti (1970-ci ildən sonra)”  barədə geniş çıxışları dinlənilmişdir.

Keçidlər