Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə Əliyeva adına Qazıqumlaq kənd xəstəxanasında görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü alındı

27 aprel 2015 | 15:00

Ucar rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı birgə 27 aprel 2015-ci il tarixdə Akademik Zərifə Əliyeva adına Qazıqumlaq kənd xəstəxanasında görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbiri rayon İcra Hakimiyyəti Başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva açaraq görkəmli alimin mənalı ömür yolundan, onun Azərbaycan tibb elminin inkişafındakı xidmətlərindən danışaraq bildirib  ki, hər bir xalqın tarixində, elmində mühüm rol oynamış şəxsiyyətlər vardır ki, illər keçdikcə onlar nəinki unudulur, əksinə daha böyük hörmət və ehtiramla yad olunur, həyatı, yaradıcılığı və elmi irsi müasir insanlar tərəfindən diqqətlə araşdırılır və öyrənilir.

Zərifə xanım Əliyeva təkcə elmi fəaliyyəti ilə deyil, ictimai-siyasi həyatdakı fəal mövqeyi, eləcə də qayğıkeş insan, layiqli həyat yoldaşı və əsil azərbaycanlı anası kimi də tariximizə düşmüşdür.

Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayon mərkəzi xəstəxanasının baş həkimi Zeynal Bayramlı, həkim, YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Səidə Ələkbərova çıxış edərək akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin inkişafına verdiyi dəyərli töhfələrdən söz açıblar.

Daha sonra xəstəxananın foyesində Zərifə xanım Əliyevaya həsr olunmuş guşəyə baxılıb.

Keçidlər