Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Ucar rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Ucar təşkilatı idman bayramı təşkil ediblər
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Ucar rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Ucar təşkilatı idman bayramı təşkil ediblər. Yeniyetmə və gənc idmançılar Heydər Əliyev prospekti boyu yürüş edərək Ulu Öndərin abidəsi önünə tər güllər düzüblər. İdman bayramının açılış mərasimində Yeni Azərbaycan Partiyasının Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva Ümummilli Liderimizin tarixi xidmətlərindən söz açıb. Bildirib ki, görkəmli dövlət xadiminin zəngin dövlətçilik irsinin daha dərindən öyrənilməsi və təbliği məqsədilə sisilə tədbirlər keçirilir. Konfranslar, yarışlar və müsabiqələr təşkil olunur. May ayının onuna qədər davam edəcək idman bayramında isə 300 nəfərdən çox yeniyetmə və gənc idmançı cüdo, karate, futbol və sərbəst güləş növləri üzrə mübarizə aparacaqlar. Qalib idmançıların mükafatlandırılması nəzərdə tutulur. Rəsmi açılış mərasimindən sonra idmanın müxtəlif növləri üzrə mübarizəyə start verilib.