Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ilıdönümü münasibətilə Ucar rayonunda “Əbədiyaşar Lider” adlı tədbir keçirilib.
Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ilıdönümü münasibətilə Ucar rayonunda “Əbədiyaşar Lider” adlı tədbir keçirilib. İctimaət nümayəndələri əvvəlcə Ulu Öndərin heykəli önünə gül dəstələri düzülüblər. İcra və hüquq-mühafizə orqanları rəhbərlərinin, idarə müəssisə və təşkilat kollektivlərinin, təhsil, səhiyyə və mədəniyyət işçilərinin iştirak etdikləri toplantıda Ümummilli Liderimiz Heydər Əlitevin xalqa və vətənə şərəfli ömür yolu barədə ətraflı məlumat verilib.
Onun tarixi xidmətlərindən faktlarla söz açan Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov bildirib ki, ölkəmizdə bütün sahələrin inkişafında tarixi şəxsiyyət Heydər Əliyevin rolu danılmazdır. 34-illik hakimiyyəti dövründə Ulu Öndər iqtisadiyyatın dirçəldilməsi, sənayenin inkişafı istiqamətində böyük layihələr həyata keçirib. Məs onun fəaliyyəti nəticəsində Azərbaycan geridə qalmış aqrar ölkədən inkişaf etmiş respublikaya çevrilib.
Heydər Əliyev həm də mədəniyyətimizin, ədəbiyyatımızın və incəsənətimizin ən böyük hamisi olub. Bu gün Ucarda quruculuq –abadlıq işlərinin aparılması, sosial layihələrin icrasə məhz Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi sayəsində reallığa çevrilir. Rayon rəhbəri diqqətə çatdırıb ki, Ucarda Heydər Əliyev Mərkəzinin fəaliyyət göstərməsi sakinlərin Ulu Öndərin şəxsiyyətinə olan sonsuz ehtiramın bariz nümunəsidir.
Tədbir boyu Ulu Öndərin zəngin həyat yolunun müxtəlif məqamlarının əks etdirən ədəbi-bədii və musiqili kompazisiya nümayiş olunub.