Şriftin ölçüsü :

Saytın rəngi :

Faşizm üzərində qələbənin 70-ci ildönümü qeyd edildi

09 may 2015 | 15:00

Faşizm üzərində qələbənin 70-ci ildönümü ilə əlaqədar hələ aprel ayından başlayaraq rayonun idarə, müəssisə və təşkilatlarında, məktəblərdə silsilə tədbirlər keçirilmiş, ədəbi bədii kompozisiyalar təşkil olunmuşdur.

09 may 2015-ci il tarixdə rayon Mədəniyyət evinin qarşısında yerləşən meydanda Böyük Vətən və Qarabağ müharibəsində həlak olanların şərəfinə ucaldılmış abidənin və memorial kompleksin önünə rayon İcra Hakimiyyətinin Başçısı Aparatı, hüquq-mühafizə orqanları, rayon ictimaiyyəti, məktəblilər, ziyalıların nümayəndələri gül-çiçək dəstələri qoyaraq onları ziyarət etmişlər.

Sonra rayonda yaşayan 5 nəfər Böyük Vətən Müharibəsi iştirakçısının-Məlikballı kənd sakini Qarayev Valeh Malik oğlunun, Lək kənd sakinləri Allahverdiyev Xudu İbrahim oğlunun, İsmayılov Əlmirzə Midal oğlunun, Yuxarı Şilyan kənd sakini Baxşəliyev Məhərrəm Əlbala oğlunun və Alpı kənd sakini Hüseynov Hüseynalı Əli oğlunun evlərinə rayon İcra Hakimiyyətinin, idarə, müəssisə rəhbərlərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələrindən ibarət qruplar gedərək həmin şəxslərə Qələbənin 70 illiyi münasibətilə medalı təqdim etmişlər. Həmçinin həmin şəxslərə erayon İcra Hakimiyyətinin birdəfəlik maddi yardımları və bayram sovqatı verilərək qələbə bayramları təbrik edilmişdir.

Keçidlər