Kənd Təsərrüfatı Naziri Heydər Əsədov “Aqrolizinq” ASC-nin Ucar Rayonlararası Təchizat Bazasında kənd təsərrüfatı texnikalarının təqdimat mərasimind'
Kənd təsərrüfatı naziri cənab Heydər Əsədov iyunun 1-də Ucara gələrək Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovla “Aqrolizinq” ASC-nin Ucar Rayonlararası Təchizat Bazasına gələrək respublikaya xarici ölkələrdən gətirilmiş kənd təsərrüfatı texnikalarının təqdimat mərasimində iştirak ediblər.
Təchizat bazasında taxıl biçini kampaniyası ilə əlaqədar yeni gətirilən texnikanın o, cümlədən Rusiya istehsalı olan, modernləşdirilən 21 ədəd “SK-5ME 1”, Belçika istehsalı olan 9 ədəd “NEW HOLLAND”, Almaniya istehsalı olan 7 ədəd “CLAAS”, Finlandiya istehsalı olan 1 ədəd “SAMPO” markalı kombaynın, 6 ədəd kənd təsərrüfatı maşınının, 9 ədəd traktorun, cəmi 53 ədəd yeni, ümumilikdə isə 107 ədəd texnikanın təqdimatı olub.
Mütəxəssislər mövcud texnika, onların işləmə prinsipləri barədə ətraflı məlumat veriblər.
Sonra respublikamızın ayrı-ayrı bölgələrindən gələn 45 nəfər hüquqi və fiziki şəxsin iştirakı ilə görüş keçirilib. Nazir Heydər Əsədov bugünkü tədbirin respublikamızda kənd təsərrüfatı işlərinin ahəngdar gedişi, istehsalçılara mütəmadi olaraq dəstək göstərməsi məqsədi ilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq reallaşdırılan silsilə tədbirlər çərçivəsində keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, son vaxtlar respublikamıza minlərlə texnika gətirilib və istehsalçıların bu sahədə ehtiyaclarının ödəməsi üçün hər cür zəruri şərait yaradılıb.
Nazir ölkə başçısının tapşırığı ilə aqrar sektorda çalışan fermerlər və fiziki şəxslərə hərtərəfli dəstək verildiyini vurğulayaraq texnikanı 40 faiz, gübrələrin 70 faiz güzəştlərlə satıldığını diqqətə çatdırıb.
Iştirakçıları maraqlandıran və narahat edən sualları cavablandıran nazir verilən texnikanın lazımi ehtiyat hissələri ilə təminatının zəruriliyini diqqətə çatdırıb və istifadə olunan yeni kombayn və digər kənd təsərüfatı maşınlarının işlək mexanizmlərində meydana çıxan qüsurların araşdırılaraq ümumiləşdirilməsi və bununla əlaqədar operativ tədbirlər görülməsi barədə tapşırıqlar verib.
Nazir işgüzar şəraitdə keşən görüşdə alınan texnikanın pulunun vaxtında ödənilməsinin zəruriliyini də diqqətə çatdırıb.
Sonda lizinq yolu ilə 38 nəfər hüquqi və fiziki şəxsə yeni kombayn, 9 nəfərə isə traktorun sənədləri təqdim olunub.