01 iyun 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirildi.
01 iyun 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəti Başçısı Aparatının təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirildi.
Tədbirdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri, məktəbəqədər tərbiyə müəssisələrinin uşaqları və əlaqədar təşkilat rəhbərləri iştirak edirdi.
Tədbiri rayonun ümumtəhsil məktəblərinin şagirdləri açaraq maraqlı musiqi nömrələri, şeirlər ifa edərək tədbir iştirakçılarını salamladılar və bayram münasibəti ilə bütün uşaqları təbrik etdilər. Sonra məktəbəqədər təhsil müəssisələrinin uşaqlarının ifasında mahnılar, səhnəciklər, uşaqların müdafiəsinə həsr olunmuş şeirlər söylənildi.
Tədbirin sonunda tədbirdə iştirak edən bütün uşaqlara hədiyyələr təqdim olundu.