02 iyul 20105-ci il tarixdə Ucar rayon Polis Şöbəsində Azərbaycan Polisinin yaranmasının 97-ci ildönümü qeyd olunmuşdur
02 iyul 20105-ci il tarixdə Ucar rayon Polis Şöbəsində Azərbaycan Polisinin yaranmasının 97-ci ildönümü qeyd olunmuşdur.
Rayon ictimaiyyətinin nümayəndələri və Şöbənin şəxsi heyəti Ümummilli Lider Heydər Əliyevin heykəli önünə gül qoymuş və yığıncaq şöbənin akt zalında davam etmişdir.
Yığıncağı şöbənin rəisi, polis polkovniki Adil Ələkbərov açmışdır. Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, rayon Prokuroru baş ədliyyə müşaviri Elşən Abdullayev, rayon məhkəməsinin hakimi Çingiz İşgəndərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi vəzifəsinin icra edən polkovnik leytenant Həbib Əliyev çıxış etmişlər.
Polis günü münasibəti ilə DİN-in əmrinə əsasən şöbənin Cinayət Axtarış bölməsinin rəisi, polis mayoru Rasim Mirzəyev “Əla xidmətlərinə” görə döş nişanı ilə, xidmət üzrə baş inspektor, polis baş leytenantı Ruslan Rəhimov “1 aylıq vəzifə maaşı ” miqdarında pulla mükafatlandırılmışlar.
Şöbə rəisinin əmri ilə 31 əməkdaşa pul mükafatı, 2 əməkdaşa xüsusi rütbə verilmiş, 5 əməkdaşın intizam tənbehi vaxtından əvvəl üzərindən götürülmüşdür.
Yığıncaqda iştirak edən polis veteranlarına hədiyyələr verilmiş, şəhid ailəsinə isə maddi yardım edilmişdir.