Ucar rayon mərkəzində “Aran” sarayda 2014-2015-ci tədris ilində ali məktəbə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir.
07 sentyabr 2015-ci il tarixdə Ucar rayon mərkəzində “Aran” sarayda 2014-2015-ci tədris ilində ali məktəbə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədr müavini cənab Elton Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə, təşkilat rəhbərləri, rayonun bütün ümumtəhsil məktəbləriinin direktorları, qabaqcıl müəllimlər, rayonun bütün umumtəhsil məktəblərindən ali təhsil müəssislələrinə qəbul olunmuş 165 nəfər (onlardan 9 nəfər 600-dən yuxarı, 24 nəfər isə 500-dən yuxarı bal toplamışdır) tələbə iştirak edirdi.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov açaraq tədbir iştirakçılarını salamladı. 600-dən yuxarı bal toplamış 9 nəfər tələbəyə qiymətli hədiyyə (NOUTBUK) təqdim edərək onları təbrik etdi.
Azərbaycan Respublikası Milli Məclisinin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədr müavini cənab Elton Məmmədov da tədbir iştirakçılarını salamlayaraq ali məktəbə qəbul olunan bütün tələbələri təbrik etdi onlara seçdikləri peşələrdə uğurlar arzuladı.
Ucar rayonu üzrə 2014-2015-ci tədris ilində ali təhsil müəssisələrinə 600-dən yuxarı balla qəbul olunanlar haqqında
S/s | Soyadı,adı,atasının adı və təhsil aldığı məktəb | Qəbul olunduğu ali təhsil müəssisəsi və ixtisası | Topladığı bal |
1. |
Muxtarova Rəna Sənan qızı şəhər 1 saylı məktəb-lisey |
Bakı Ali Neft Məktəbi. Kimya mühəndisliyi | 669 |
2. | Əhmədov Əlövsət Mətləb oğlu şəhər 1 saylı məktəb-lisey | Bakı Dövlət Universiteti. Tarix müəllimliyi | 616 |
3. | Zamanlı Nərmin Murtuz qızı şəhər 4 saylı tam orta məktəb | Bakı Dövlət Universiteti. Tərcümə | 653 |
4. | Əsgərov Mehdi Yusif oğlu şəhər 4 saylı tam orta məktəb | Bakı Dövlət Universiteti. Hüsquqşünaslıq | 643 |
5. |
Rəsulzadə Ramin Rahib oğlu şəhər 4 saylı tam orta məktəb |
Azərbaycan Tibb Universiteti. Müalicə işi | 602 |
6. |
Qarayeva Ləman Vüsal qızı Qazıqumlaq kənd 2 saylı tam orta məktəb |
“ADA” Univesiteti. Beynəlxalq münasibətlər | 648 |
7. |
Camalov Nihad Əlövsət oğlu Qazıqumlaq kənd 2 saylı tam orta məktəb |
Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyası. Beynəlxalq münasibətlər | 634 |
8. | İsgəndərov Nurlan Zeyqəm oğlu Çiyni kənd tam orta məktəb | Bakı Dövlət Universiteti. Politologiya | 625 |
9. |
Həsənli Təravət Ramiz qızı Boyat kənd tam orta məktəb |
Azərbaycan Dillər Universiteti. Tərcümə | 620 |