Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonundaTəhsil işçilərinin 2015-ci il sentyabr konfransı keçirildi

09 sentyabr 2015 | 15:00

Azərbaycan Respublikası Təhsil Nazirinin “Təhsil işçilərinin 2015-ci il sentyabr konfransının keçirilməsi haqqında” 28 avqust 2015-ci il tarixli əmrinə əsasən respublikanın hər yerində 01-12 sentyabr 2015-ci il tarixlərdə Təhsil işçilərinin sentyabr konfransları keçirilir.

09 sentyabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayonun Təhsil işçilərinin konfransı keçirilmişdir. Konfransda rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin Təbii Ehtiyatlar, Energetika və Ekologiya  Komitəsinin sədr müavini, professor cənab Elton Məmmədov, respublika Təhsil Nazirliyinin məsul əməkdaşı cənab Firuddin Həmzəyev, həmçinin rayonda nüfuz sahibi olan veteran təhsil işçiləri, rayon təhsili ilə bağlı olan idarə və müəssisə rəəhbərləri, rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, qeyr-hökumət təşkilatlarının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayonun ümumtəhsil məktəblərinin bir qrup müəllimləri iştirak edirdi.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin adını daşıyan Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə gül-çiçək dəstələri qoydular.

Konfransın aparıcısı şəhər 4 saylı tam orta məktəbin 10 sinif şagirdi rayon “Kiçik Akademiyası” nın  prezidenti Zəkirə Xəlilova tədbir iştirakçılarını salamlayaraq konfransı açıq elan etdi. Rayon məktəblilərinin bir qrupu Azərbaycan Respublikasının Dövlət Himnini oxudular.

Rayon Təhsil şöbəsinin müdiri Fuad İsrəfilov “2014-2015-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” barədə məruzə edərək təhsil işçilərini yeni dərs ili münasibətilə təbrik etdi.

Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin Təbii Ehtiyatlar, Energetika və Ekologiya  Komitəsinin sədr müavini, professor cənab Elton Məmmədov, respublika Təhsil Nazirliyinin məsul əməkdaşı cənab Firuddin Həmzəyev də tədbir iştirakçılarını salamlayaraq yeni dərs ili münasibətilə təhsil işçilərini təbrik etdilər, onlara işlərində uğurlar və rayon təhsilinin həmişə birincilər sırasında olması üçün bütün qüvvələrini səfərbər etmələrini arzuladılar. Tədbirdə məktəblilərin ifasında şeirlər də söylənildi.

Tədbirin sonunda 1 qrup qabaqcıl müəllimə rayon Təhsil şöbəsinin Fəxri fərmanları təqdim olundu.

Keçidlər