Şriftin ölçüsü :

Saytın rəngi :

12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd edildi

12 noyabr 2015 | 16:00

12 noyabr 2015-ci il tarixdə saat 10:00-da Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbirin iştirakçıları əvvəlcə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

Daha sonra dəyirmi masa arxasında davam edən tədbirdə natiqlər 20 yaşlı Konstitusiyamızın müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratdığını vurğulamışlar.

Keçidlər