Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü münasibətilə tədbir keçirildi

20 noyabr 2015 | 16:00

20  noyabr  2015-ci il tarixdə  Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Ucar rayon şöbəsinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.
Rayon təşkilatının fəalları əvvəlcə Ulu Öndərin adını daşıyan Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoydular.
Tədbiri giriş sözü ilə rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq partiyanın keçdiyi şərəfli yol barədə məlumat verdi. Quləbənd kənd tam orta məktəbin müəllimi Elnarə Şıxəliyeva, Bərşüşad bələdiyyəsinin üzvü Bəxtiyar Yunusov, rayon Ağsaqqallar Şurasının sədri Nurəddin Xəlilov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol haqqında və mübarizədə fəal iştirak etdiklərini bildirməklə siyasi həmfikirlərini təbrik etdilər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yaranmasında və fəaliyyətində əməyi olan bir qrup partiya fəallarına qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər