“Narkomanlığın cəmiyyətə, insanların sağlamlığına zərəri və doğurduğu təhdidlər” mövzusunda elmi-praktiki konfrans keçirildi
30 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis şöbəsi “Narkomanlığın cəmiyyətə, insanların sağlamlığına zərəri və doğurduğu təhdidlər” mövzusunda elmi-praktiki konfrans keçirib.
Elmi-praktik konfransın iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət ediblər. Ucar rayon Polis şöbəsinin rəisi, polis polkovniki Adil Ələkbərov elmi-praktik konfransı giriş sözü ilə açaraq “Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar qanunvericilik, yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması üçün profilaktiki tədbirlərin keçirilməsi barədə” məruzə etdi.
Məruzə ətrafında respublika narkoloji mərkəzin direktoru Telman Məmmədhəsənov “Dövlət Proqramının icrası ilə əlaqədar səhiyyə Nazirliyi tərəfindən aparılan tədbirlər barədə”, Respublika Narkoloji mərkəzin şöbə müdiri Pərvin Məmmədov “Narkomaniyanın insan orqanizminə zərər və onun müalicə üsulları”, Narkotiklərə Qarşı Milli Fəaliyyət Ofisinin sədir müavini Leyla xanım Yolçuyeva “Narkomaniyanın profilaktikası ilə əlaqədar gənclər arasında görülən işlər”, Respublika Təhsil Nazirliyinin baş aparıcı müşaviri Elnur Əlizadə “Narkomaniyanın yayılmasına qarşı aparılan mübarizədə təhsil müəssisələrinin rolu”, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Eldəniz Muradov “Narkomanlığın doğurduğu təhdidlər zamanı QİÇS-lə və İİV-ə qarşı mübarizə tədbirləri barədə”, Dövlət komissiyasının işçi qrupunun baş referentləri Raqif Allahverdiyev, Şahin İsmayılov “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsində dövlət komissiyasının rolu, DİN-nin mətbuat xidmətinin bölmə rəisi Hafiz Təmirov “Narkotiklərin fasadları və bu bəlaya düçar olmamağın yolları barədə əhalinin məlumatlandırılmasında Kütləvi İnformasiya Vasitələrinin rolu”, Ucar rayon mərkəzi xəstəxanası baş həkimin müavini Ata Hacıyev “Rayon ərazisində narkomanlığın müalicə və profilaktikası” mövzusunda çıxış etdilər.
Ucar rayonu İcra Hakimiyyəti Başçısının birinci müavini Əbil Mehtiyev bu cür maarifləndirici toplantıların əhəmiyyətini yüksək qiymətləndirib.