3 dekabr Beynəlxalq Əlillər Günü Ucar rayonunda da qeyd edildi
03 dekabr 2015 | 16:00
03 dekabr 2015-ci il tarixdə rayon İcra Hakimiyyətinin iclas zalında 3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə rayonda yaşayan Qarabağ Müharibəsi əlilləri, Çernobl qəzası əlillərinin bir qrupunun iştirakı ilə görüş keşirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamladı. Sonra əlillərin, şəhid ailələrinin problemlərindən və onların problemlərinin həll edilməsindən, mənzillə təmin olunmasında onlara köməklik göstəriəcəyinin həmişə ön planda olmasını qeyd etdi.
Tədbirin sonunda Əlillər Günü müansibətilə onlara hədiyyələr təqdim olundu.