Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə naziri Oqtay Şirəliyev Ucar rayon mərkəzi xəstəxanasında vətəndaşları qəbul edəcək.

05 yanvar 2016 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 06 yanvar 2016-cı il tarixində saat 13:00-da Ucar rayon mərkəzi xəstəxanasında Ucar, Göyçay, Ağdaş, Ağsu, Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar rayon mərkəzi xəstəxanasında qeydiyyatdan keçə bilərlər. 

Əlaqə nömrəsi (02021) 3-00-01

Keçidlər