Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 27 yanvar 2017-ci il tarixində Göyçay rayonunda Ucar, Göyçay, Ağdaş, Kürdəmir, Zərdab və İmişli rayonlarından olan vətəndaşları qəbul edəcək.

21 yanvar 2017 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-cı ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 27 yanvar 2017-ci il tarixində saat 11:00-da Göyçay rayonunda (Heydər Əliyev Mərkəzi) Ucar, Göyçay, Ağdaş, Kürdəmir, Zərdab  və İmişli rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbulda qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı ərizə, təklif və tövsiyələrinə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində qeydiyyatdan keçə bilərlər.

Əlaqə nömrəsi (02021) 3-03-17

Keçidlər